29 
Apr
2024
10:50
100
9
2965
Virtual karabakh

Azərbaycan Premyer Liqasında yeni azarkeş rekordu qeydə alınıb

29 Apr, 2024
10:50
2965

Azərbaycan Premyer Liqasında yeni azarkeş rekordu qeydə alınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.

“Report”un məlumatına görə, XXXII turun “Sumqayıt” - “Qarabağ” matçını 9300 azarkeş izləyib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qeydə alınan bu göstərici 2023/2024 mövsümünün yeni rekordudur.

Daha əvvəl bu arenada gerçəkləşən XXI turun “Sumqayıt” - “Neftçi” qarşılaşmasında 8100 tamaşaçı olub.

Qeyd edək ki, “Sumqayıt” - “Qarabağ” görüşü “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə bitib - 1:0.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri