15 
May
2024
01:12
66
46
2272
Virtual karabakh

Holandın dublu “Mançester Siti”ni liderliyə qaytardı - VİDEO

15 May, 2024
01:12
2272

Holandın dublu “Mançester Siti”ni liderliyə qaytardı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Çempionatının 34-cü turunun təxirə salınmış “Tottenhem” - “Mançester Siti” matçının taleyini iki qol həll edib.

51-ci dəqiqədə De Brüynenin ötürməsindən sonra Holand fərqlənib. 90+1-ci dəqiqədə isə o, penaltidən fərqi artırıb - 0:2.

Londondan qələbə ilə qayıdan “şəhərlilər” xallarının sayını 88-ə çatdıraraq sona bir tur qalmış ən yaxın izləyicisi “Arsenal”ı 2 xal qabaqlayırlar. “Tottenhem” isə 63 xalla 5-cidir.

Mayın 19-da baş tutacaq son turda Qvardiolanın yetirmələri “Vest Hem”lə qarşılaşacaqlar.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri