Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dopinqdən istifadə edən iraqlı idmançı Olimpiadadan kənarlaşdırıldı
İraqlı cüdoçu Sadjad Qanim Sehen Paris olimpiadasından müvəqqəti olaraq kənarlaşdırılıb.
Oxu.Az Beynəlxalq Test Agentliyinin (ITA) mətbuat xidmətinə istinadla xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.
İyulun 23-də cüdoçudan götürülən dopinq testinin nəticəsi müsbət olub. O, Paris-2024-də yarışa bilməyəcək və bununla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.
İdmançı, həmçinin B nümunəsinin nəticələrini də tələb etmək hüququna malikdir.
Qeyd edək ki, açılış mərasimi bu gün reallaşacaq Paris Olimpiadası avqustun 11-də başa çatacaq.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- "Əsas bayram yarışlarda qalib gələrkən olur" - Çempionlarımızdan Novruz təbriki
- Azərbaycanlı taekvondoçu dünya reytinqindəki yerini qorudu
- Əli İsmayılovdan boks millisinə SƏRT TƏNQİD: "Belə davam edə bilməz, məşqçi dəyişməlidir"
- Fransada müsəlman idmançılara qarşı növbəti ədalətsizlik
- Yüngül atletikanın yeni kralı Qrant Fişer: Bir həftədə iki dünya rekordu
Ən çox oxunanlar