Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan idmançısı Zelim Kotsoyev mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi 1/8 final mərhələsində Rusiya təmsilçisi Arman Adamyanla qarşılaşıb.
Görüş Kotsoyevin məğlubiyyəti ilə başa çatıb.
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, o, 1/16 finalda slovakiyalı Benyamin Mataseyi ipponla məğlub edib.
Zelim Kotsoyev növbəti mərhələdə Rusiya təmsilçisi Arman Adamyanla qarşılaşacaq.
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub.
Oxu.Az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu 100 kq çəki dərəcəsində mübarizəyə 1/32 final mərhələsindən başlayıb.
Z.Kotsoyev ilk görüşündə Türkmənistan təmsilçisi Baymırat Majanovla qarşılaşıb. Azərbaycan idmançısı rəqibini vaxtından əvvəl ipponla məğlub edərək növbəti mərhələyə yüksəlib.
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün Azərbaycan millisinin üzvü Zelim Kotsoyev tatamiyə çıxacaq.
Oxu.Az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu olan Kotsoyev kişilərin -100 kq çəki dərəcəsində mübarizə aparacaq.
Cüdoçumuz yarışa 1/32 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Türkmənistan təmsilçisi Baymırat Majanov olacaq.