Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışında Azərbaycan millisi Yaponiya yığmasına məğlub olub.
Oxu.Az xəbər verir ki, 1/8 final mərhələsində tatamiyə çıxan komandamız rəqibinə 1:4 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Bundan əvvəl Azərbaycan millisi 1/16 final mərhələsində Avstriya yığmasını 4:0 hesabı ilə məğlub edib.
Qadınlardan ibarət komandamızın heyətində Gültac Məmmədəliyeva və Xədicə Qədəşova (hər ikisi 57 kq), Südabə Ağayeva və Hanna Zaytseva (hər ikisi 70 kq), həmçinin Madina Kaisinova (+70 kq) yer alıblar.
Kişilərin mübarizəsində isə Azərbaycanı Rəşid Məmmədəliyev və Ruslan Paşayev (hər ikisi 73 kq), Zelim Tçkayev və Süleyman Şükürov (hər ikisi 90 kq), eləcə də Zelim Kotsoyev və Uşanqi Kokauri (+90 kq) təmsil ediblər.
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının sonuncu yarış günündə qarışıq komanda yarışına start verilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisi 1/16 final mərhələsində Avstriya yığması ilə qarşılaşıb. Cüdoçularımız rəqibini 4:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəliblər.
Komandamıza ilk xalı qadınların +70 kq çəki dərəcəsində mübarizə aparan Madina Kaisinova qazandırıb. O, Mariya Höllvart üzərində qələbə qazanıb.
Daha sonra kişilərin +90 kq çəki dərəcəsində Zelim Kotsoyev Movli Borçaşvilini məğlub edərək hesabı 2:0-a çatdırıb.
-57 kq çəki dərəcəsində Xədicə Qədəşova Laura Kallingerə qalib gəlib. Ardınca -73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev Firas Ben Saadı məğlub edərək Azərbaycan millisinin dördüncü qələbəsini təmin edib.
Beləliklə, 4:0 hesablı qələbə qazanan millimiz qarşılaşmanı vaxtından əvvəl başa vuraraq 1/8 finala vəsiqə əldə edib.
Azərbaycan yığmasının növbəti mərhələdəki rəqibi Yaponiya millisi olacaq.
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı bu gün qarışıq komanda yarışları ilə başa çatacaq.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisi turnirin sonuncu yarış günündə tatamiyə çıxacaq.
Yığmamız 1/16 final mərhələsində Avstriya komandası ilə üz-üzə gələcək. Bu görüşdə qələbə qazanacağı təqdirdə, millimizi növbəti mərhələdə Yaponiya seçməsi gözləyir.
Komandamızın qadınlardan ibarət heyətində Gültac Məmmədəliyeva və Xədicə Qədəşova (57 kq), Südabə Ağayeva və Hanna Zaytseva (70 kq), eləcə də Madina Kaisinova (+70 kq) yer alıblar.
Kişilər arasında isə Rəşid Məmmədəliyev və Ruslan Paşayev (73 kq), Zelim Tçkayev və Süleyman Şükürov (90 kq), həmçinin Zelim Kotsoyev və Uşanqi Kokauri (+90 kq) ölkəmizi təmsil edəcəklər.
Milli Gimnastika Arenasında keçiriləcək yarışlarda 18 ölkədən 192 cüdoçu komanda mübarizəsinə qatılacaq.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının fərdi yarışlarında rekord nəticəyə imza ataraq yeddi medal qazanıb. Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medallara sahib çıxıblar.
