"Azərbaycan dilini daha çox öyrənəcəyəm".
Oxu.Az xəbər verir ki, bunu cüdo üzrə dünya çempionatının gümüş medalçısı Uşanqi Kokauri jurnalistlərə açıqlamasında deyib.
Azərbaycanı çox sevdiyini bildirən idmançı azarkeşlərin ona göstərdiyi dəstəyin Bakıda özünü rahat hiss etməsinə kömək etdiyini vurğulayıb.
O, final görüşündə rəqibinin güclü olduğunu qeyd edərək gələcək yarışlarda qızıl medal qazanmağa çalışacağını bildirib:
"Azərbaycanı çox sevirəm. Burada hər kəs məni sevir, dəstəkləyir. Finaldakı rəqibim çox güclü idi. Növbəti dəfə qalib gəlməyə və bu dəfə alınmayan məqamları düzəltməyə çalışacağam. Həmçinin Azərbaycan dilini daha çox öyrənəcəyəm, sizə söz verirəm".
Qeyd edək ki, Uşanqi Kokauri dünya çempionatının finalında ikiqat dünya çempionu İnal Tasoevə məğlub olaraq gümüş medalla kifayətlənib.