İsveçrənin Lozanna şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.
Cüdo Federasiyasından Oxu.Az-a bildirilib ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan idmançılarının da ilk rəqibləri müəyyənləşib.
Qadınlar
52 kq, 1/16 final
Gültac Məmmədəliyeva - Madina Qurbonzoda (Tacikistan)
Leyla Əliyeva - Rin Takeuçi (Yaponiya)
70 kq, 1/16 final
Südabə Ağayeva - Luana Karvalyo (Braziliya)
+78 kq, 1/8 final
Madina Kaisinova - Elis Startseva (Rusiya)
Kişilər
60 kq, 1/16 final
Əhməd Yusifov - David Naci (Macarıstan) / Loiq Kudbudinov (Tacikistan) cütünün qalibi
66 kq, 1/32 final
Turan Bayramov - Lenni Şeynfeld (ABŞ)
66 kq, 1/16 final
Ruslan Paşayev - Suxrob Boqiyev (Bəhreyn)
73 kq, 1/32 final
Kamran Süleymanov - Otari Kvantidze (Portuqaliya)
73 kq, 1/16 final
Rəşid Məmmədəliyev - Ohad Morits (İsrail) / Karim Abdulayev (BƏƏ) cütünün qalibi
81 kq, 1/32 final
Vüsal Qələndərzadə - Qacidavud Qasanov (Bəhreyn)
81 kq, 1/16 final
Ömər Rəcəbli - Adilet Almat (Qazaxıstan) / Vinçentso Pelliqra (İtaliya) cütünün qalibi
90 kq, 1/32 final
Vüqar Talıbov - Akaki Çaparidze (Gürcüstan)
+100 kq, 1/16 final
Kənan Nəsibov - Yakov Xammo (Ukrayna)
+100 kq, 1/8 final
Uşanqi Kokauri - Fransisko Solis (Çili) / Maqomedomar Maqomedomarov (BƏƏ) cütünün qalibi
Qeyd edək ki, avqustun 28-dən 30-dək davam edəcək yarışda Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu ilə (10 kişi, 4 qadın) təmsil olunacaq.
Lozannada keçiriləcək turnirdə "Los-Anceles-2028" Yay Olimpiya Oyunlarına lisenziya xalları da veriləcək.