UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, Monakoda təşkil olunan mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Liqa mərhələsində iştirak edəcək 36 komanda dörd səbət üzrə bölünüb.
Azərbaycan çempionu "Sabah" püşkatmaya dördüncü səbətdən qatılıb. Türkiyənin "Fənərbaxça" və "Qalatasaray" klubları isə üçüncü səbətdə yer alıblar.
Püşkatmanın nəticələrinə əsasən, komandaların Liqa mərhələsində keçirəcəkləri oyunlardakı rəqibləri və meydan üstünlüyü də müəyyənləşib.
PSJ
"Barselona" (evdə), "Mançester Siti" (səfərdə), "Roma" (evdə), "Aston Villa" (səfərdə), "Qalatasaray" (evdə), "Vilyarreal" (səfərdə), "Slovan" (evdə), "Komo" (səfərdə).
"Real Madrid"
"İnter" (evdə), "Arsenal" (səfərdə), PSV (evdə), "Roma" (səfərdə), "Leyptsiq" (evdə), "Şaxtyor" (səfərdə), LASK (evdə), AEK (səfərdə).
"Barselona"
"Mançester Siti" (evdə), PSJ (səfərdə), "Aston Villa" (evdə), "Sportinq" (səfərdə), "Feyenoord" (evdə), "Qalatasaray" (səfərdə), "Komo" (evdə), "Sabah" (səfərdə).
"Bayern"
"Arsenal" (evdə), "Atletiko" (səfərdə), "Betis" (evdə), "Mançester Yunayted" (səfərdə), "Bodo-Qlimt" (evdə), "Lill" (səfərdə), "Slaviya" (evdə), "Vikinq" (səfərdə).
"Mançester Yunayted"
"Bayern" (evdə), "Atletiko" (səfərdə), "Roma" (evdə), "Sportinq" (səfərdə), "Leyptsiq" (evdə), "Vilyarreal" (səfərdə), "Sabah" (evdə), "Komo" (səfərdə).
"Mançester Siti"
PSJ (evdə), "Barselona" (səfərdə), "Sportinq" (evdə), "Portu" (səfərdə), "Napoli" (evdə), "Leyptsiq" (səfərdə), AEK (evdə), "Lans" (səfərdə).
"Liverpul"
"Atletiko" (evdə), "İnter" (səfərdə), "Portu" (evdə), "Brügge" (səfərdə), "Vilyarreal" (evdə), "Fənərbaxça" (səfərdə), "Lans" (evdə), LASK (səfərdə).
"Arsenal"
"Real Madrid" (evdə), "Bayern" (səfərdə), "Borussiya" Dortmund (evdə), "Betis" (səfərdə), "Lill" (evdə), "Napoli" (səfərdə), "Sabah" (evdə), "Slaviya" Praqa (səfərdə).
"Qalatasaray"
"Barselona" (evdə), PSJ (səfərdə), "Aston Villa" (evdə), "Sportinq" (səfərdə), "Feyenoord" (evdə), "Lill" (səfərdə), "Ştutqart" (evdə), AEK (səfərdə).
"Bodo-Qlimt"
"Atletiko" (evdə), "Bayern" (səfərdə), "Borussiya" Dortmund (evdə), "Brügge" (səfərdə), "Lill" (evdə), "Napoli" (səfərdə), LASK (evdə), "Lans" (səfərdə).
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun qarşılaşmaları sentyabrın 8-10-da keçiriləcək.
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki bütün rəqibləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda İspaniyanın "Barselona", Almaniyanın "Borussiya Dortmund", İtaliyanın "Napoli" və Çexiyanın "Slaviya Praqa" klubları ilə qarşılaşacaq.
Ölkə çempionu səfərdə isə İngiltərənin "Arsenal" və "Mançester Yunayted", İspaniyanın "Vilyarreal" və Norveçin "Vikinq" komandaları ilə üz-üzə gələcək.
Beləliklə, "Sabah" Liqa mərhələsində dörd oyunu Bakıda, dörd qarşılaşmanı isə səfərdə keçirəcək.
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində doğma meydandakı yeddinci rəqibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi evdə Çexiyanın "Slaviya Praqa" klubu ilə qarşılaşacaq.
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində doğma meydandakı altıncı rəqibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi evdə İtaliyanın "Napoli" klubu ilə qarşılaşacaq.
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti rəqibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi İspaniyanın "Vilyarreal" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, bu oyun səfərdə keçiriləcək.
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki dörd rəqibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda İspaniyanın "Barselona" və Almaniyanın "Borussiya Dortmund" klubları ilə qarşılaşacaq.
Ölkə çempionu səfərdə isə İngiltərənin "Arsenal" və "Mançester Yunayted" komandaları ilə üz-üzə gələcək.
Beləliklə, "Sabah"ın Çempionlar Liqasındakı ilk dörd rəqibi arasında üç nəhəng klub - "Barselona", "Arsenal" və "Mançester Yunayted" yer alıb.
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki üçüncü rəqibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Almaniyanın "Borussiya Dortmund" klubu ilə qarşılaşacaq.
Bu oyun da Bakıda keçiriləcək.
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində səfərdə qarşılaşacağı növbəti rəqibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi İngiltərənin "Arsenal" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma İngiltərədə keçiriləcək.
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki ilk rəqibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Barselona" ilə qarşılaşacaq.
Məlumata görə, görüş Bakıda keçiriləcək.
UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə Liqa mərhələsinin püşkatma mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, Monakoda təşkil olunan tədbirdə turnirdə mübarizə aparacaq 36 klubun rəqibləri müəyyənləşdirilir.
Azərbaycan çempionu "Sabah" isə püşkatmaya 4-cü səbətdən qatılır.
Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümü üzrə Liqa mərhələsinin rəsmi püşkatma mərasimi baş tutacaq.
Oxu.Az xəbər verir ki, Avropa futbolunun nəbzi bu axşam Monakoda döyünəcək və tədbirə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Ümumilikdə 36 iddialı komandanın mübarizə aparacağı Liqa mərhələsinin iştirakçıları 4 fərqli səbətə bölüşdürülüb. Azərbaycan çempionu "Sabah" bu püşkatmaya 4-cü səbətdən qatılacaq.
* Çempionlar Liqasında bütün iştirakçılar BƏLLİ OLDU: "Sabah" nəhənglərlə bir sırada
* "Sabah" Çempionlar Liqasının tarixinə düşüb
Hər bir iştirakçı 8 fərqli komanda ilə üz-üzə gələcək. Təmsilçimiz olan Azərbaycan çempionu bu həlledici matçların 4-nü doğma meydanda, digər 4-nü isə səfərdə oynayacaq.
1-ci səbət
PSJ (Fransa);
"Bavariya" (Almaniya);
"Real Madrid" (İspaniya);
"Liverpul" (İngiltərə);
"İnter" (İtaliya);
"Mançester Siti" (İngiltərə);
"Arsenal" (İngiltərə);
"Barselona" (İspaniya);
"Atletiko Madrid" (İspaniya).
2-ci səbət
"Borussiya Dortmund" (Almaniya);
"Roma" (İtaliya);
"Sportinq" (Portuqaliya);
"Aston Villa" (İngiltərə);
"Portu" (Portuqaliya);
"Mançester Yunayted" (İngiltərə);
"Brügge" (Belçika);
"Betis" (İspaniya);
PSV (Niderland).
3-cü səbət
"Feyenoord" (Niderland);
"Lill" (Fransa);
"Budyo-Qlimt" (Norveç);
"Napoli" (İtaliya);
"Leypziq" (Almaniya);
"Vilyarreal" (İspaniya);
"Fənərbağça" (Türkiyə);
"Şaxtyor" (Ukrayna);
"Qalatasaray" (Türkiyə).
4-cü səbət
"Slaviya Praqa" (Çexiya);
"Slovan Bratislava" (Slovakiya);
"Ştutqart" (Almaniya);
AEK (Yunanıstan);
LASK (Avstriya);
"Komo" (İtaliya);
"Lans" (Fransa);
"Vikinq" (Norveç);
"Sabah" (Azərbaycan).
Qeyd edək ki, Liqa mərhələsinin ilk oyunları sentyabrın 8-dən başlayacaq.