Bu gün Azərbaycan Kubokunda 2026/27 mövsümünün püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, püşkatma 34 komanda arasında olub.
Mərasimdə Misli Premyer Liqası, Azərbaycan birinci liqası və ikinci liqası klubları iştirak edib.
Kubokun birinci təsnifat mərhələsinin oyunları oktyabrın 7-si və 8-də baş tutacaq. 1/4 final mərhələsinə qədər olan oyunlar tək oyun formatında, 1/4 final mərhələsindən başlayaraq isə iki oyun (ev və səfər) formatında keçiriləcək.
Birinci təsnifat mərhələsində "Difai" - "Zəngəzur", "Qaradağ" - "Şəki", "Şəmkir" - "Ağstafa gəncləri", "Şirvan" - "Kür-Araz", "Ağdaş" - "Quba Hypers", "Marafon" - "Dinamo" qarşılaşmaları baş tutacaq.
Qeyd edək ki, kubokun finalı 12 may tarixində ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək.

Azərbaycan Kuboku
I təsnifat mərhələsi
7-8 oktyabr
1. "Marafon" - "Dinamo";
2. "Qaradağ Lökbatan" - "Şəki";
3. "Şirvan" - "Kür-Araz";
4. "Ağdaş" - "Hypers";
5. "Şəmkir" - "Ağstafa Gəncləri";
6. "Difai" - "Zəngəzur".
II təsnifat mərhələsi
27-29 oktyabr
7. "Şimal" - "Araz-Naxçıvan";
8. 1-ci cütün qalibi - "Zaqatala";
9. "İmişli" - 2-ci cütün qalibi;
10. 3-cü cütün qalibi - "Sumqayıt";
11. "Qəbələ" - "Mingəçevir";
12. MOİK - "Şahdağ Qusar";
13. "Xankəndi" - "Gəncəbasar";
14. 4-cü cütün qalibi - "Şamaxı";
15. "Şəfa" - 5-ci cütün qalibi;
16. 6-cı cütün qalibi - "Karvan-Yevlax";
17. "Səbail" - "Zirə";
18. "Kəpəz" - "Baku Sportinq".
1/8 final
1-2 dekabr
19. 7-ci cütün qalibi - 8-ci cütün qalibi;
20. "Sabah" - 9-cu cütün qalibi;
21. 10-cu cütün qalibi - "Qarabağ";
22. 11-ci cütün qalibi - 12-ci cütün qalibi;
23. 13-cü cütün qalibi - 14-cü cütün qalibi;
24. "Neftçi" - 15-ci cütün qalibi;
25. 16-cı cütün qalibi - 17-ci cütün qalibi;
26. "Turan Tovuz" - 18-ci cütün qalibi.