Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin üzvü Uşanqi Kokauri gümüş medal əldə edib.
Oxu.Az xəbər verir ki, +100 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finalda ikiqat dünya çempionu İnal Tasoevlə üz-üzə gəlib.
Görüşün yekununda Kokauri rəqibinə məğlub olaraq mundialı ikinci pillədə başa vurub.
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin üzvü Kənan Nəsibov fəxri kürsüyə yüksəlib.
Oxu.Az xəbər verir ki, +100 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız bürünc medal uğrunda qarşılaşmada digər azərbaycanlı cüdoçu Camal Qamzatxanovdan üstün olub.
Qeyd edək ki, indiyədək Azərbaycan millisinin üzvlərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.
Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatında finala yüksəlib, Camal Qamzatxanov isə yarımfinalda məğlub olub.
Oxu.Az xəbər verir ki, idmançımız yarımfinal mərhələsində Finlandiya təmsilçisi Martti Puumalaynen ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kokauri +100 kiloqram çəki dərəcəsində finala vəsiqə qazanıb.
Eyni çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov isə yarımfinalda rusiyalı son dünya çempionu İnal Tasoyevə uduzub.
Beləliklə, bu çəki dərəcəsində final qarşılaşmasında Uşanqi Kokauri və İnal Tasoyev, bürünc mükafat uğrunda mübarizədə isə idmançılarımız Kənan Nəsibov və Camal Qamzatxanov üz-üzə gələcəklər.
100+kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov təsəlliverici görüşə çıxıb.
Oxu.Az xəbər verir ki, o bu turda rusiyalı idmançı Valeri Endovitski ilə qarşılaşıb.
Görüşün nəticəsinə əsasən, Kənan Nəsibov bürünc medal uğrunda mübarizəyə davam edəcək
Dünya çempionatında 100+kq çəki dərəcəsində artıq 1/4 final qarşılaşmaları başlayıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Azərbaycanın iki təmsilçisi - Uşanqi Kokauri və Kənan Nəsibov qarşı-qarşıya gəliblər.
Görüşün nəticəsinə əsasən, Uşanqi Kokauri yarımfinala vəsiqə qazanıb.
Kənan Nəsibov isə bürünc medal uğrunda görüşə çıxmaq üçün təsəlliverici qarşılaşmada rəqibini məğlub etməlidir.
Azərbaycan cüdoçusu Kənan Nəsibov dünya çempionatında 1/4 finala yüksəlib.
Oxu.Az xəbər verir ki, +100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 final mərhələsində ukraynalı Yakiv Khammo ilə qarşılaşıb.
Görüşdən qələbə ilə ayrılan Kənan Nəsibov növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, Kənan Nəsibov 1/4 finalda digər təmsilçimiz Uşanqi Kokauri ilə qarşılaşacaq.
+100 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçularımız Camal Qamzatxanov və Uşanqi Kokauri dünya çempionatında 1/4 finala yüksəliblər.
Oxu.Az xəbər verir ki, Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin üzvü Camal Qamzatxanov 1/8 final mərhələsində özbəkistanlı Muzaffarbek Turoboyevə qalib gəlib.
Azərbaycan millisinin digər üzvü Uşanqi Kokauri isə Polşa təmsilçisi Yakup Sordulu məğlub edərək 1/4 finala yüksəlib.
Azərbaycan cüdoçuları Camal Qamzatxanov və Kənan Nəsibov dünya çempionatında mərhələ adlayıblar.
Oxu.Az xəbər verir ki, +100 kiloqram çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov 1/16 final mərhələsində xorvatiyalı Mikita Sviridlə qarşılaşıb.
Görüş Qamzatxanovun inamlı qələbəsi ilə yekunlaşıb. Cüdoçumuz rəqibini ipponla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Eyni çəki dərəcəsində digər təmsilçimiz Kənan Nəsibov isə 1/16 final mərhələsində almaniyalı Losseni Koneni məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, hakim almaniyalı cüdoçu Losseni Koneyə aktiv güləşmədiyi üçün üç şido verib.
Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatında ilk görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, idmançımız 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyevlə üz-üzə gəlib.
Görüş Kokaurinin qələbəsi ilə başa çatıb. Dünya çempionatının mükafatçısı rəqibini ipponla məğlub edərək mübarizəni davam etdirib.
Azərbaycan cüdoçusu Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, qadınların +78 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız 1/16 final mərhələsində İtaliya təmsilçisi Asya Tavano ilə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə başa çatıb və Kaisinova dünya çempionatını medalsız başa vurub.
Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başlayıb.
Oxu.Az xəbər verir ki, kişilərin +100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1/32 final mərhələsində Çili təmsilçisi Fransisko Solislə üz-üzə gəlib.
Qamzatxanov rəqibini ipponla vaxtından əvvəl məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, C.Qamzatxanov 1/16 finalda Nikita Sviridlə (Xorvatiya) qarşılaşacaq.
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün 7-ci yarış gününün görüşləri keçiriləcək.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin dörd üzvü qadınların +78 kq və kişilərin +100 kq çəki dərəcələrində mübarizə aparacaq.
Qadınların +78 kq çəki dərəcəsində Madina Kaisinova yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.
Kişilərin +100 kq çəki dərəcəsində Camal Qamzatxanov 1/32 finalda Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.
Uşanqi Kokauri və Kənan Nəsibov isə mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyev olacaq. Nəsibov isə Losseni Kone (Almaniya) - Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə üz-üzə gələcək.