Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Belçikalıya AFFA-da vəzifə verildi
AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən son iclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə olunub, namizədlərdən belçikalı Frank de Blekerin zəngin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəy verilib.
Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranmışdı. Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı FIFA referisi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Frank de Bleker iyulun 28-dən Misli Premyer Liqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- "Kəpəz" klubunun yeni rəhbəri BƏLLİ OLDU
- "Turan Tovuz" klubunun rəsmisi: "AFFA-nın qərarı ilə bağlı mövzuya rəy bildirməyəcəyik"
- Böyükağa Ağayev: "Turan Tovuz" və AFFA arasında baş verənlərdə federasiya haqlı tərəf idi"
- AFFA-dan "Turan Tovuz"a bəyanatı ilə bağlı XƏBƏRDARLIQ
- AFFA oyunları təxirə saldı