AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra dörd qərar qəbul edib.
Oxu.Az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt” , “Turan Tovuz” və “Zirə”yə, UEFA-nın qadınlar arasında Çempionlar Liqasında iştirak etmək üçün “Neftçi” və “Sumqayıt”a lisenziya verilib.
Premyer Liqa yarışlarında iştirak etmək üçün “Araz-Naxçıvan”, “Kəpəz”, “Qəbələ” və “Səbail” klublarına lisenziya verilib.
Qeyd edək ki, Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların 14-cü maddəsinə müvafiq olaraq, 2024/2025-ci illər mövsümündə lisenziya almış klublar avtomatik olaraq digər lisenziya(ları)nı əldə etmiş hesab olunurlar.