Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Mançester Siti" ardıcıl dördüncü matçını uduzdu
İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində son çempion "Mançester Siti" "Brayton"la səfər matçına çıxıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmada hesabı "şəhərlilər" açıb. Holand 23-cü dəqiqədə komandasını önə çıxarıb.
Lakin qonaqlar sonadək qələbə hesabını qoruya bilməyiblər. 78 və 83-cü dəqiqədə buraxılan qollar "Mançester Siti"nin ardıcıl dördüncü məğlubiyyətini rəsmiləşdirib - 2:1.
Xatırladaq ki, Qvardiolanın yetirmələri bunadək Çempionlar Liqasında "Sportinq"ə (4:1), ölkə çempionatında isə "Bornmut" (2:1) və "Tottenhem"ə (2:1) uduzublar.
Hazırda 23 xalı olan "Mançester Siti" yarış cədvəlində 2-ci pillədədir. "Brayton" isə 19 xalla 4-cü yeri tutur.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
- Avropanın yaşıl meydanlarında keçiriləcək futbol oyunlarının AFİŞASI
- İngiltərə Premyer Liqası: "Mançester Yunayted" səfərdə uduzdu
- İngiltərə Premyer Liqası: "Arsenal" azarkeşlərini sevindirdi
- "Mançester Yunayted"i tərk edəcək futbolçuların siyahısı bəlli oldu
- İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı qapıçısı bəlli olub