Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Natiq Şirinovun oğlu təcili əməliyyat olundu
Xalq artisti Natiq Şirinovun oğlu Ümid Türkiyədə əməliyyat olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Ümidin xanımı Fatimə məlumat yayıb.
O bildirib ki, həyat yoldaşı İstanbulda konsertdən sonra özünü yaxşı hiss etməyib və təcili orada əməliyyat edilib:
"Bir neçə gündür başımız çox qarışıq idi. Səbəbi isə o idi ki, həyat yoldaşım konsertdən sonra özünü yaxşı hiss etmədi və təcili əməliyyat olundu. Allah şəfa versin, canım. Şükür ki, yavaş-yavaş yaxşılaşır. Allah heç kəsi canı ilə sınamasın".
Qeyd edək ki, Fatimə Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümidlə Fatimənin Şəms adlı bir qızı var.
Onu da qeyd edək ki, bu gün Natiq Şirinovun 49 yaşı tamam olur.
"Azərbaycan Respublikasının Xalq artisti" teqi üzrə xəbərlər
- Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan mühafizəçinin məhkəməsi: "Burnu qanayırdı"
- Putin ABŞ və Qərbi hədələdi - Xəbərlərin 20:00 buraxılışı
- Ağadadaş Ağayev mülki iddia qaldırdı: 450 min manat istəyir
- "WhatsApp"da 20 manatla başlayan məşhurluq sevdası: Bakıda aktyor "fabriki" narazılıq yaratdı
- Ağadadaş Ağayevin balta atdığı mühafizəçi hakim qarşısına çıxarılır
Rəylər