Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fransada istehsal böhranı: Bağlanan fabriklərin sayı artacaq
Fransanın sənaye naziri Mark Ferrakçi Çin və ABŞ şirkətləri ilə rəqabətin artması fonunda respublikada daha çox fabrikin bağlanacağını istisna etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə nazir "France Inter" radiosunun efirində danışıb.
"Çətinliklərlə üzləşən müəssisələr var. Önümüzdəki həftələrdə və ya aylarda istehsal müəssisələrinin bağlanması ilə bağlı yeni elanlar istisna oluna bilməz. Bu, minlərlə işçiyə təsir edə bilər", - nazir bildirib.
Onun sözlərinə görə, Fransada kimya sənayesi, metallurgiya və maşınqayırma üçün ABŞ və Çin istehsalçıları ilə rəqabət aparmaq çətindir.
"Bu rəqabət həmişə ədalətli olmur, çünki Çin və ABŞ bu sənayeləri aktiv şəkildə subsidiyalaşdırır", - fransız nazir vurğulayıb.
Ferrakçi qeyd edib ki, hakimiyyət orqanları Avropa avtomobil sənayesini dəstəkləmək üçün tədbirlər hazırlayır və gələcəkdə onlar Avropa Komissiyasına təqdim olunacaq.
Qeyd edək ki, son olaraq noyabrın 5-də fransız təkər istehsalçısı "Michelin" Fransanın qərbində 1254 nəfərin işlədiyi iki fabrikinin bağlandığını elan edib.
Rəylər