Xalq artisti Şükufə Yusupova Yeni Klinikaya təxliyə olunub.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü şəxs (qadın) daha ixtisaslı tibbi xidmət almaq üçün avqustun 24-də ailə üzvlərinin müraciəti əsasında Yeni Klinikaya təxliyə olunub. Hazırda onun müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda qeyd edilir.
Qaynar xətt:
(055) 224 12 12