İngiltərə Premyer Liqasında 11-ci turun "Çelsi" və "Arsenal" komandalarının qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar Londonda (İngiltərə) "Stemford Bric" stadionunda qarşılaşıblar. Matçı Maykl Oliverin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Yekun nəticə 1:1 olub.
60-cı dəqiqədə "Arsenal"ın hücumçusu Qabriel Martinelli hesabı açıb. 10 dəqiqə sonra "Çelsi"nin cavab qolunu hücumçu Pedro Neto vurub.
"Çelsi" 2024/2025 mövsümü üçün İngiltərə Premyer Liqasının turnir cədvəlində üçüncü yerdədir. Komanda 11 görüşdə 19 xal toplayıb. "Arsenal" 19 xalla dördüncü yerdədir. İngiltərə çempionatının turnir cədvəlinə 28 xalla "Liverpul" başçılıq edir.