Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Taliban" ilk dəfə BMT-nin iqlim konfransında iştirak edəcək
"Taliban" hökumətinin nümayəndə heyəti Azərbaycanda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahar Bəlxiyə istinadən məlumat yayıb.
"Əfqan hökumətinin nümayəndə heyəti Bakıda olacaq", - XİN nümayəndəsi bildirib.
Qeyd edək ki, "Taliban" nümayəndələri ilk dəfə olaraq BMT-nin iqlim konfransına qatılacaqlar.
Xatırladaq ki, COP29 noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Konfransın əsas mövzuları enerji sahəsində texnoloji innovasiyalar və yeni nəsillər üçün təhsil, iqlim dəyişikliyi ilə mübarizədə gənclərin təşəbbüslərinin dəstəklənməsi, eləcə də ədalətli enerji keçidi olacaq.
"COP29" teqi üzrə xəbərlər
- Siyasi ekspert: "Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu yüksək nəticələrlə yadda qalacaq"
- Hikmət Hacıyev: "Azərbaycan İordaniya ilə iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır"
- Leyla Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının tədbirində videokonfrans formatında iştirak edib
- Yalçın Rəfiyev: "100 milyardlıq hədəf deklarativ xarakter daşıyırdı"
- Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq tədbirin gündəliyi açıqlandı