Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

A Seriyası: "Milan" qol duelində qalib gələ bilmədi
İtaliya A Seriyasında 12-ci tur oynanılır.
Oxu.Az xəbər ki, "Milan" səfərdə "Kalyari"nin qonağı olub.
Gah bir, gah digər komandanın önə keçdiyi və qol duelini xatırladan matçda tamaşaçılar 6 dəqiq zərbənin şahidi olublar.
"Milan" qapısından buraxdığı 3 topa 3 qolla cavab verib - 3:3. Qonaqların heyətində Rafael Lyao dubla imza atıb.
Beləliklə də, hazırda rəqiblə müqayisədə bir oyun az keçirən rossonyerilərin aktivində 18 xal var və onlar turnir sıralamasında 7-ci pillədə qərarlaşıblar. "Kalyari" 10 xalla 16-cıdır. Yarışa 25 xala malik "Napoli" başçılıq edir.
"İtaliya A Seriyası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar