Fev
2018
14:33
97
49
5073
Virtual karabakh

Fərman Ceyranlıya hökm oxunub

8 Fev, 2018
14:33
5073

Fərman Ceyranlıya hökm oxunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tbilisi şəhər məhkəməsi “Lanset” klinikasının direktoru Fərman Ceyranlının işi üzrə hökm elan edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə F.Ceyranlı altı il müddətinə azadlıqdan məhrum olunub.

Azərbaycanlı həkim ona qarşı irəli sürülən dələduzluq ittihamı üzrə günahkar hesab edilib. O, həyat və sağlamlığa təhlükə barədə informasiyanın gizlədilməsi və ya yalan məlumatın verilməsi ilə bağlı digər ittiham üzrə bəraət qazanıb. 

Qeyd edək ki, cərrah F. Ceyranlı dələduzluq maddəsi ilə ötən ilin may ayında Gürcüstanda həbs olunub.

O, klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirməkdə və pasiyentlərdən aldatma yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri