May
2018
12:23
166
187
13096
Virtual karabakh

Ukraynadan azərbaycanlı kriminal avtoritetlər çıxarılıb

6 May, 2018
12:23
13096

Ukraynadan azərbaycanlı kriminal avtoritetlər çıxarılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 5-də Ukraynadan iki azərbaycanlı kriminal avtoritet – “Dato Ağcəbədinski” və “İlqar Dmanisi” çıxarılıb.

Oxu.Az-ın vchaspik.ua-ya istinadla verdiyi xəbərə görə, Kiyevin Polis İdarəsi paytaxta gələn kriminal avtoritetlə bağlı xəbər alandan sonra onu saxlayıblar.

1985-ci il təvəllüdlü “Dato Ağcəbədinski” ağır cinayətlər üzrə dəfələrlə məhkumluq həyatı yaşayıb, 2012-ci ildə Yunanıstanda taclandırılıb.

“O, sərhədi qanunsuz olaraq keçərək, Ukraynanın hər regionunda tərəfdarlarını yerləşdirmək istəyib. Həmçinin o, pərakəndə satış bazarlarına qəsb etmə sistemi təşkil etməyi planlaşdırırmış”, – deyə polisdə bildirilib.

 “Qanuni oğrunun” Ukrayna ərazisinə 3 il müddətinə girişi qadağan edilərək ölkədən çıxarılıb.

Həmin gün İstanbul-Bakı reysi zamanı sərhədçilər “İlqar Dmanisi” ləqəbli daha bir “qanuni oğrunu” saxlayıblar. Onun ölkəyə girişi qadağan edildiyindən həmin reyslə geri qaytarılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri