31 
İyl
2018
10:12
63
33
4206
Virtual karabakh

Meşədə narkotik əkən şəxs tutulub - FOTO

31 İyl, 2018
10:12
4206

Meşədə narkotik əkən şəxs tutulub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də onun əkini ilə məşğul olan İsmayıllı rayonunun Göytəpə kənd sakini Şamil Səfərov saxlanılıb.

Onun yaşadığı kəndin meşə ərazisində aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi, çəkisi 92 kiloqrama yaxın ümumilikdə 38 ədəd yaş və yarıqurumuş vəziyyətdə olan narkotik tərkibli çətənə kolları, eləcə də, kustar üsulla hazırlanmış 1 kq 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri