10 
Okt
2018
09:33
6
104
2616
Virtual karabakh

Narkoloji Mərkəzdə yanğın işi: Məhəmməd hadisə günü evə buraxılmalı idi

10 Okt, 2018
09:33
2616

Narkoloji Mərkəzdə yanğın işi: Məhəmməd hadisə günü evə buraxılmalı idi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində mərkəzdə həkim vəzifəsində işləyən Çimnaz Ağayeva ifadə verib.

O qeyd edib ki, mərkəzdə 55 xəstə müalicə alırdı:

“Məhəmməd Məmmədov da dörd ay idi ki, orada qalırdı. Yanında bir nəfər xəstə ilə birlikdə idi. Məhəmməd bəzən gəlib deyirdi, ağrım var, onda iynə vururduq. Ümumiyyətlə, çox şikayət etmirdi. Hadisə barədə səhər həkim mənə məlumat verdi. Bildirdi ki, şöbə yanır, mən də iş yerinə gələnə kimi hadisə baş vermişdi”. 

Sonra zərərçəkmiş şəxs şahidə sual verib. Məlum olub ki, təqsirləndirilən Məhəmməd Məmmədov hadisə günü evə buraxılmalı idi. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri