28 
Noy
2018
20:07
69
182
7443
Virtual karabakh

Müğənni Könül Kərimovaya qarşı dələduzluq edən şəxsə cəza istənildi

28 Noy, 2018
20:07
7443

Müğənni Könül Kərimovaya qarşı dələduzluq edən şəxsə cəza istənildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Könül Kərimovaya qarşı dələduzluq etməkdə təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan edilib. 

Sonra prokuror Vüqar Quliyev çıxış edib. O, çıxışında M. Məmmədovaya qarşı istintaq orqanı tərəfindən irəli sürülən ittihamın məhkəmə zamanı sübuta yetirildiyini qeyd edib. 

Prokuror M. Məmmədovanın cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 il 9 ay 29 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Məhkəmə iclası dekabrın 12-də davam etdiriləcək. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri