12 
Sen
2018
17:07
128
60
8200
Virtual karabakh

Könül Kərimova məhkəmədə: 32 min manat pul verdim

12 Sen, 2018
17:07
8200

Könül Kərimova məhkəmədə: 32 min manat pul verdim

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində müğənni Könül Kərimova ifadə verib.

O deyib ki, M.Məmmədova özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib. K. Kərimova oğlu Rəşadı Rusiyada universitetə qəbul etdirmək üçün M. Məmmədovaya 32 min manat pul verib: 

“Sonra nədənsə bu iş alınmadı. Məlahət verilən puldan 11 min manat geri qaytardı”.

Müğənni ifadəsinin sonunda ona vurulan ziyanın ödənilməsini tələb edib. 

Proses sentyabrın 19-na təyin edilib. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri