12 
Fev
2019
18:29
262
77
25215
Virtual karabakh

Bakıda piyadanı vurub qaçan iş adamı ilə bağlı qərar verildi

12 Fev, 2019
18:29
25215

Bakıda piyadanı vurub qaçan iş adamı ilə bağlı qərar verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sunay Vəliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb. 

Oxu.Az xəbər verir ki, məhkəmə təqdimatı təmin edib və S. Vəliyev barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. 

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu məlumat yayıb.

Bildirilir ki, ölümlə nəticələnən qəza fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində baş verib.

1980-cı il təvəllüdlü Sunay Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vurub öldürüb və hadisə yerindən qaçıb.

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Qeyd edək ki, S. Vəliyevin atası Məsud Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi olub. Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri