22 
Apr
2019
19:15
27
271
9426
Virtual karabakh

Arvadını maşınla vurub, sonra intihara cəhd edən ər saxlanıldı

22 Apr, 2019
19:15
9426

Arvadını maşınla vurub, sonra intihara cəhd edən ər saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ayın əvvəlində Gəncədə dəhşətli ailə dramı yaşanıb. Ər arvadını qəsdən maşınla vuraraq öldürməyə cəhd edib.

Oxu.Az-ın məlumatına görə, hadisə aprelin 3-də Gəncənin Məhsəti qəsəbəsində baş verib. 1960-cı il təvəllüdlü Eldar Abbasov özünə məxsus “Jiquli” ilə həyat yoldaşı, 1968-ci il təvəllüdlü Sevinc Abbasovanı vurub. Xəstəxanaya yerləşdirilən qadın bu gün vəfat edib.

Hadisədən sonra E.Abbasov sirkə turşusu içərək intihara cəhd edib. Lakin intihar cəhdi baş tutmayıb və Eldar Abbasov xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan çıxdıqdan sonra Eldar Abbasov polis tərəfindən saxlanılıb və məsuliyyətə cəlb edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri