31 
İyl
2019
16:31
223
18
3577
Virtual karabakh

Bakıda iranlı iş adamı saxlanıldı - Saxta avroya görə

31 İyl, 2019
16:31
3577

Bakıda iranlı iş adamı saxlanıldı - Saxta avroya görə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayonunda saxta avro əskinasları və İran vətəndaşı ələ keçirilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.

İlkin olaraq, Atatürk prospektində, 37 saylı binanın qarşısında 1983-cü il təvəllüdlü Paşayev Zaur Firidun oğlu saxlanılıb. Onun üzərindən 4 min saxta avro (500 avroluq 8 əskinas) tapılaraq götürülüb.

Təhqiqat zamanı müəyyən edilib ki, Z.Paşayev saxta banknotları İran vətəndaşı Məhəmməd Əli Xaforuzadədən alıb. 2012-ci ildən Bakıda yaşayan iranlı sahibkarlıqla məşğul olur. Əcnəbi də polis əməkdaşları tərəfindən saxlanılıb.

Ələ keçirilmiş saxta avrolar yüksək keyfiyyətli olmaları ilə seçilir, bununla əlaqədar onların Azərbaycan ərazisində hazırlanmadığı ehtimal edilib.

Saxta avronun İran ərazisində istehsal olunması istisna edilmir. Faktla bağlı cinayət işi qaldırılıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri