16 
May
2020
12:46
183
17
3368
Virtual karabakh

Saxta jurnalist vəsiqəsi hazırlayan şəxs tutuldu - FOTO

16 May, 2020
12:46
3368

Saxta jurnalist vəsiqəsi hazırlayan şəxs tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq karantin qaydalarını pozmağa çalışan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən, Kəlbəcər rayon sakini Elnur Alməmmədovun şəhər ərazisinə daxil olması barədə xüsusi icazəsinin olub-olmamasını yoxlayarkən, o, “Liderpress.az” MMC-də işlədiyini bildirib. 

E.Alməmmədov xidməti vəsiqəsini polis əməkdaşlarına təqdim etdikdə isə sənədin saxta olduğu müəyyən edilib.

E.Alməmmədov ərazi üzrə polis idarəsinə gətirilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisinə sərbəst şəkildə daxil olmaq üçün saxta sənəd hazırladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri