17 
İyn
2020
09:48
15
81
3889
Virtual karabakh

Gəncədə qardaşı nəvəsi boşandığı üçün dörd nəfəri bıçaqlayan şəxslə bağlı RƏSMİ AÇIQLAMA

17 İyn, 2020
09:48
3889

Gəncədə qardaşı nəvəsi boşandığı üçün dörd nəfəri bıçaqlayan şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 16-da saat 20 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini, 1950-ci il təvəllüdlü Mahir Quliyevin ailə məişət münasibətləri zəminində qardaşı arvadı Ofelya Quliyevanı bıçaqlayaraq öldürməsi, nəvələri – 2006-cı il təvəllüdlü Malik və 2002-ci il təvəllüdlü Sevincə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İstintaqla cinayətin M.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri