Yan
2022
14:20
27
132
2843
Virtual karabakh

Sabiq icra başçısının məhkəməsinə sədrlik edən hakim dəyişdirilir - FOTO

6 Yan, 2022
14:20
2843

Sabiq icra başçısının məhkəməsinə sədrlik edən hakim dəyişdirilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin barəsində olan cinayət işi üzrə məhkəməyə sədrlik edən hakim dəyişdirilir.

APA-nın xəbərinə görə, buna səbəb Lənkəran Ağır Cinayətlər Məhkəməsində M.Quliyevin barəsindəki cinayət işinə sədrlik edən hakim İlkin Abdullayevin Şirvan Apellyasiya Məhkəməsinə təyinat alması olub.

Bu səbəbdən M.Quliyevin barəsində olan cinayət işinə baxılması başqa hakimin icraatına veriləcək.

Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, koronavirusa yoluxan Biləsuvarın sabiq icra başçısı bir müddət əvvəl Dövlət Gömrük Xidmətinin ixtisaslaşmış Hospitalında müalicə aldıqdan sonra reabilitasiya mərkəzinə köçürülüb.

Məhkəmənin hazırlıq və ilk baxış iclası hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilib.

Xatırladaq ki, Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri