Fev
2022
15:13
106
222
10287
Virtual karabakh

Azərbaycanda kişi arvadını və qonşusunu güllələdi: Ölən var - YENİLƏNİB

9 Fev, 2022
15:13
10287

Azərbaycanda kişi arvadını və qonşusunu güllələdi: Ölən var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlaxda baş verən qətllə bağlı rayon prokurorluğu məlumat yayıb.

Yevlax Rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 9-u saat 7 radələrində Yevlax rayonu, Hacıselli kənd sakinləri 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülməsi və qonşusu 1959-cu il təvəllüdlü İldırım Qarayevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Elnarə Qarayevanın əri 1974-cü il təvəllüdlü Mehdi Qarayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Elnarə Qarayevanı qəsdən öldürməsinə, qonşusu İldırım Qarayevə isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Mehdi Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

12:24

Yevlax rayonunda kişi arvadını qətlə yetirib.

Oxu.Az-ın məlumatına görə, 1974-cü il təvəllüdlü Mehdi Qarayev həyat yoldaşı, Elnarə Qarayevaya odlu silahdan atəş açaraq, onu qətlə yetirib.

Mehdi Qarayev həmin silahla qonşusu – İldırım Qarayevə atəş açaraq, onu yaralayıb.

M.Qarayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri