17 
Fev
2015
13:47
12
103
9421
Virtual karabakh

“Əli Ayağı” yolunda qadını qətlə yetirən şəxs müəyyənləşdi

17 Fev, 2015
13:47
9421

“Əli Ayağı” yolunda qadını qətlə yetirən şəxs müəyyənləşdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bakıda qadını xüsusi amansızlıqla öldürən şəxsin kimliyi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon prokurorluğu və polis əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Əmri Süleymanov olması müəyyən edilib. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Qeyd edək ki,  fevralın 13-də Paytaxtın “Əli Ayağı” ziyarətgahına gedən yolda şəxsiyyəti məlum olmayan 30-35 yaşlı qadının meyiti tapılıb. Meyitə ilkin baxış zamanı onun üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar edilib.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində meyiti tapılan şəxsin 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızı olduğu məlum olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri