Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ailəsini öldürməkdə təqsirli bilinən şəxs bacısı və onun uşağını da öldürüb - YENİLƏNİB - FOTO/VİDEO
Bakıda balta ilə ata-anasını və azyaşlı qardaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs digər ailə üzvlərini də öldürüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, dəhşətli qətli törətməkdə şübhəli bilinən Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızı Ülviyyə Niftəliyevanı da öldürüb.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Pikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları öldürüb.
18:25
Üç nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 13-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində üç nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Pikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
17:37
Bakıda oğlu tərəfindən qətlə yetirilən qadın məktəb direktoru olub.
APA xəbər verir ki, qətlə yetirilən Pikə Əhmədova Xətai rayonu 59 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
Hadisə ailənin Xətai rayonu, General Şıxlinski küçəsi 29 ünvanında olan evlərində qeydə alınıb. Ailədə olan münaqişənin qətllə nəticələndiyi bildirilir.
Ailənin böyük oğlu, 1999-cu il təvəllüdü Əhməd Əhmədov balta ilə anası Pikə Əhmədovanı, atası Mehman Əhmədovu və 2015-ci il təvəllüdlü Məhəmməd Əhmədovu qətlə yetirib.
Hadisə barədə polisə qonşular məlumat veriblər.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, istintaq hərəkətləri aparılır.
17:28
Bakıda əri və övladı ilə birgə qətlə yetirilən Pikə Əhmədova məktəb direktoru olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, P.Əhmədova Bakı şəhəri, Xətai rayonunda yerləşən 59 saylı orta məktəbin direktoru olub.
17:02
Fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər