17 
Apr
2024
12:12
184
8
1529
yuxarı
Nəsimi rayonunda avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlanılıb
17 Apr, 2024
12:12
1529
184
8
Nəsimi rayonunda avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlanılıb
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik cinayətlərinə görə saxlanılmış Ceyhun Nağıyevin rayon ərazisində “Lexus” və “Toyota” markalı avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladığı müəyyən olunub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Dövlət qeydiyyat nişanları sahiblərinə qaytarılıb.
Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri digər tədbirlərlə bir nəfərə aid kartdan 3000 manat oğurlayan paytaxt sakini Azər Əliyev və avtomobildən 1500 manat pul, bank kartı və sənədlər oğurlayan Kənan Həsənov da saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək