30 
Apr
2024
11:18
24
328
15633
Virtual karabakh

Bakıda 9 maşının iştirakı ilə baş verən qəzanın görüntüləri - YENİLƏNİB + FOTO/ANBAAN VİDEO

30 Apr, 2024
11:18
15633

Bakıda 9 maşının iştirakı ilə baş verən qəzanın görüntüləri - YENİLƏNİB + FOTO/ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Rəşid Behbudov küçəsində 9 maşının toqquşması ilə nəticələnən zəncirvari qəzanın görüntüləri yayılıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza zamanı 1 ədəd müşahidə kamerası və onun idarəetmə qutusuna da zərər dəyib.

09:28

Paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olmayıb.

Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

09:08

“Rəşid Behbudov küçəsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb”. 

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.

“Bu gecə saat 00:54-də paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir. 

Hazırda faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”, - deyə T. Nəsirli bildirib.

02:05

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Belə ki, paytaxtın Nəsimi rayonu, Rəşid Behdudov küçəsində bir neçə avtomobil toqquşub.

Qəza zamanı bir neçə avtomobilə və piyada səkisinə zərər dəyib.

Ölən və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik:

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri