21 
Noy
2017
11:44
217
32
8361
Virtual karabakh

Türkiyə serialı “Emmi” mükafatı aldı – VİDEO + FOTO

21 Noy, 2017
11:44
8361

Türkiyə serialı “Emmi” mükafatı aldı – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Star TV” kanalında və 60-dan artıq ölkədə yayımlanan “Kara sevda” serialı Nyu-Yorkda təşkil olunan “Emmi” mükafalandırma mərasimində “Ən yaxşı serial (telenovella)” nominasiyası üzrə qalib olan ilk türk serialı olub.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, mükafat serialın rejissoru Hilal Saral, ssenari müəllifləri Burcu Görgün ToptaşKerem Çataya təqdim olunub.

Ekran əsərində baş rolları Burak Özçivit, Neslihan Atagül Kaan Urgancıoğlu canlandırıb.

Qeyd edək ki, “Emmi” - ABŞ-da televiziya sahəsində təqdim edilən mükafatdır. “Oskar” (kino sahəsində) “Qremmi” (musiqi sahəsində) və “Toni” (teatr sahəsində) mükafatlarının televiziya ekvivalenti hesab edilir.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri