Apr
2018
12:40
10
14
1312
Virtual karabakh

“ADAMI” media mükafatları “ən yaxşı”ları seçməyə hazırlaşır

9 Apr, 2018
12:40
1312

“ADAMI” media mükafatları “ən yaxşı”ları seçməyə hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şərqi Avropada mədəniyyət müxtəlifliyini xarakterizə edən “ADAMI” media mükafatları üçün ərizə qəbuluna start verilib.

Oxu.Az xəbər verir ki, bu il mükafat artıq üçüncü dəfədir ki, öz qaliblərini tapacaq. 

Müsabiqədə Avropa Birliyinin Şərqi Avropa partnyorluğu layihəsində iştirak edən ölkələrin (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna) telekompaniyaları, prodüser mərkəzləri, jurnalistlər, media nümayəndələri və rejissorları iştirak edə bilərlər.

“ADAMI” mükafatı ən yaxşı televiziya proqramları, verilişləri, bədii və sənədli filmlərin ərsəyə gətirilməsində əməyi olanlara verilir. Burada əsasən, insanların azad həyatı, etnik mənsubiyyəti, müxtəlif dinlər, ənənələr barədə olan proyektlərə üstünlük veriləcək.

Müsabiqə zamanı altı nominasiya üzrə pul mükafatları öz sahibini gözləyir. Bundan əlavə, rus, ingilis, fransız dilini bilən iştirakçılar üçün Almaniyanın Deutshe Welle (Berlin, Almaniya), MDR (Leypziq, Almaniya), ARTE (Strasburq, Fransa) kanallarında təcrübə keçmək şansı yaranacaq. Materialların qəbulu 1 iyul tarixindən 1 oktyabr tarixinədək davam edəcək.

Qeyd edək ki, bütün xərclər mükafatlandırma mərasiminin təşkilatçıları tərəfindən qarşılanacaq.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri