Mar
2019
15:05
220
76
4564
Virtual karabakh

Nazir: Prezidentlə növbəti görüşə Rasim Balayev də dəvət ediləcək

5 Mar, 2019
15:05
4564

Nazir: Prezidentlə növbəti görüşə Rasim Balayev də dəvət ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rasim Balayev və digərləri prezident İlham Əliyevlə növbəti görüşlərə mütləq dəvət ediləcək.

Oxu.Az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, R.Balayev və bir neçə digər Xalq artistinin görüşə dəvət edilməməsində xüsusi məqam yoxdur:

“Rasim Balayevlə bizim yaxşı dostluq mümasibətlərimiz var. Sadəcə bu gün 270 Xalq artisi, ziyalılar və 1300-dən çox Əməkdar incəsənət xadimi var. Biz onların hər birini dəvət etsəydik, Heydər Əliyev sarayında onlara yer olmayacaqdı.

Gələcəkdə bu görüşlərin sayı artırılacaq və dəvət edilməyən bütün ziyalılar dəvət ediləcək. Görüşdən kənarda qalan ictimai xadimlərdən, ziyalılarımızdan üzrxahlıq edirəm. Gələn dəfə onlar dəvət ediləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri