30 
Avq
2021
13:40
316
39
6353
Virtual karabakh

Con Travolta məşhur Azərbaycan sənətçilərinin konsertində: “Möhtəşəm performans idi” - VİDEO

30 Avq, 2021
13:40
6353

Con Travolta məşhur Azərbaycan sənətçilərinin konsertində: “Möhtəşəm performans idi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli amerikalı aktyor, “Qızıl Qlobus” və “Emmy” mükafatları laureatı Con Travolta Budapeştdə Azərbaycanın xalq artistləri, opera müğənniləri Yusif Eyvazov və Elçin Əzizovla görüşüb.

Budapeşt İncəsənət Sarayının səhnəsində opera divası, Rusiyanın Xalq artisti Anna Netrebko, Azərbaycanın xalq artistləri Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə Cakomo Puççininin “Toska” operası nümayiş olunub. Tədbirin qonaqları arasında məşhur aktyor Con Travolta da olub.

Tamaşadan sonra o səhnə arxasına keçib və opera ulduzlarının istedadlarına heyranlığını bildirib.

“Möhtəşəm performans idi”, - deyə aktyor vurğulayıb.

Y. Eyvazov “Instagram” səhifəsində “İnanmayacaqsınız, uşaqlar - bu gün Con Travoltanın özü bizi alqışladı”, - deyə bu barədə paylaşım edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri