24 
Sen
2021
04:00
25
122
3818
Virtual karabakh

Britni Spirs haqqında qalmaqallı sənədli filmin ilk treyleri yayımlandı - VİDEO

24 Sen, 2021
04:00
3818

Britni Spirs haqqında qalmaqallı sənədli filmin ilk treyleri yayımlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı pop müğənnisi Britni Spirs haqqında qalmaqallı sənədli filmin ilk treyleri yayımlanıb.

“Spirsə qarşı Britni” filmi atasının sənətçi üzərində qəyyumluğunun hüquqi və etik məsələlərindən bəhs edir.

Bir dəqiqəlik treyler Spirsin səsi ilə başlayır:

“Mən sadəcə həyatımı qaytarmaq istəyirəm. Ömür boyu işləmişəm. Bu insanlara heç nə borclu deyiləm”, - deyə o bildirir.

Qeyd edək ki, “Netflix”in hazırladığı sənədli filmin tam treylerinin yayımlanmasından əvvəl, məşhurun öz vəkilinə audio-ismarıcının 18 saniyəlik tizer-roliki yayımlanıb.

Söhbət 2009-cu ilin yanvar ayında göndərilən ismarıcdan gedir:

“Salam, adım Britni Spirsdir. Sizə daha əvvəl zəng etmişəm. Yenidən zəng edirəm, çünki qəyyumluğun ləğvi prosesində olduğumuza əmin olmaq istədim”.

Filmin özü sentyabrın 28-də yayımlanacaq.

Mənbə: “Moskovskiy Komsomolets”

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri