15 
Yan
2022
03:46
19
100
1564
Virtual karabakh

Adelin məşhur klipindən nəhəng mülk satışa çıxarılıb - FOTO/VİDEO

15 Yan, 2022
03:46
1564

Adelin məşhur klipindən nəhəng mülk satışa çıxarılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Adelin 2021-ci ildə yayımlanan “Easy On Me” hitinin videoklipindən köhnə mülk satışa çıxarılıb. Ərazidə altı binadan ibarət rezidensiya Kanadada Monreal yaxınlığında yerləşir.

“Müqəddəs Aqnes kapellasının üzüm bağı” (Vineyard of the St-Agnes Chapel) adlanan mülkdə qala, qonaq evi, üç maşınlıq qaraj və qəbul zalı olan kiçik kilsə var. 70 hektarlıq nəhəng sahədə şərbət istehsalı üçün 7 min üzüm ağacı və 11 min ağcaqayın əkilib. 4,3 milyon dollara satışa çıxarılan daşınmaz əmlak iş adamı Benoit Dumona məxsusdur.

Ərazidəki binalar 1846-cı ildə tikilib və ən son 2021-ci ildə təmir olunub. Mülkdə ümumilikdə on yataq otağı və eyni sayda vanna otağı, həmçinin əlavə dörd vanna otağı var.

İqamətgahın şöhrətini britaniyalı müğənni Adelin “Easy On Me” mahnısına çəkdirdiyi klip gətirib.

Videoda sənətçi çamadanı ilə mülkün ərazisini gəzir, daha sonra məxmər divarları, naxışlı pərdələri və büllur çilçıraqlı mebellərlə örtülmüş dəbdəbəli yeməkxanada oturur. Klipin çəkilişi xatirəsinə hazırda otaqda müğənninin portreti asılıb.

Qeyd edək ki, britaniyalı müğənni bir müddət əvvəl Silvestr Stallonenin malikanəsini böyük endirimlə alıb.

Mənbə: Metro

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri