29 
Apr
2022
03:00
10
135
4304
Virtual karabakh

Operatorun güllələnməsindən dərhal sonra “Pas” filminin çəkiliş meydanında baş verənlər - VİDEO

29 Apr, 2022
03:00
4304

Operatorun güllələnməsindən dərhal sonra “Pas” filminin çəkiliş meydanında baş verənlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Santa Fe polisi faciədən dərhal sonra, məşhur aktyor Alek Bolduinin təsadüfən operator Qalina Hatçinsi güllələdiyi “Pas” (“Rust”) filminin çəkiliş meydançasında baş verənlər barədə görüntüləri yayıb.

Kadrların birində aktyor çəkiliş zamanı kilsə kürsüsündə oturaraq silahı çıxararaq kameraya tuşlayır.

Başqa bir kadrda Hatçinsin hadisədən dərhal sonrakı görüntüləri əks olunub. Kadrlarda onun hələ də sağ olduğu görünür. Həkimlər tibbi yardım göstərməyə çalışır, qadından rus və ingilis dillərində nəfəs almağı, narahat olmamağı xahiş edirlər.

Üçüncü görüntü Qalina xəstəxanada vəfat etdikdən sonra çəkilib. Aktyor deyir ki, silahdan atəş açılmamalı idi.

Xatırladaq ki, oktyabrın 21-də Nyu-Meksikoda “Rust” qərb filminin çəkilişləri zamanı aktyor Alek Bolduin güllə ilə dolu tapançadan atəş açmışdı. Nəticədə 48 yaşlı rejissor Coel Souza və 42 yaşlı kinooperator Qalina Hatçins yaralanmışdı. Souza bir neçə saat sonra xəstəxanadan buraxılsa da, Hatçinsin həyatını xilas etmək mümkün olmadı.

 

Mənbə: RT

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri