19 
Yan
2016
18:23
141
35
6144
Virtual karabakh

Ələtdə azad iqtisadi zona yaradılacaq

19 Yan, 2016
18:23
6144

Ələtdə azad iqtisadi zona yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərmayə yatırımı 1 mlrd. dollara çata bilər.

Azərbaycan Ələtdə yeni azad iqtisadi zonanın yaradılmasına 1 mlrd. ABŞ dolları cəlb edə bilər. Yeni azad iqtisadi zonanın qəsəbədə inşa olunan Bakı limanı ətrafında tikilməsi nəzərdə tutulur. 

Oxu.Az xəbər verir ki, bu barədə "Report"a "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.

Onun sözlərinə görə, layihənin ilkin konseptual planı hazırlanıb və dövlət başçısının rəyi gözlənilir.

"Hesab edirik ki, orada Honkonq kimi böyük iqtisadi canlanma üçün azad iqtisadi zona yaradıla və bu, qeyri-neft sektoruna təkan verə bilər. Bu, regionda yükaşırma, paketləmə, saxlama üçün iqtisadi cəhətdən çox lazımlı zona olacaq. Bilavasitə limandan istifadə oluna biləcək", - deyə T.Ziyadov qeyd edib.

İnvestisiyanın cəlbolunma mənbəsinə gəlincə, Limanın baş direktoru əlavə edib ki, sərmayə dünya praktikasına görə infrastruktura dövlət tərəfindən, qalan hissəsi isə biznes dairələr tərəfindən yatırılır:

"İnanırıq ki, ilk illərdə investisiyaların həcmi 1 mlrd. dollar çata bilər".

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri