Dolların qiymətini bankların özləri müəyyən edəcək
Dolların qiymətini bankların özləri müəyyən edəcək
4%-lik marjanın ləğvi gözlənilir.
Bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib.
Oxu.Az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb: “Xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq.
Bankirlər isə bildirib ki, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək.
O da bildirilir ki, banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək.
Qeyd edək ki, tam üzən məzənnə rejiminə keçidin vaxtı hələlik məlum deyil.
U.A.
www.oxu.az