Mar
2017
11:49
151
19
5274
Virtual karabakh

Hövsanda tikiləcək sosial mənzillərin sayı açıqlandı

1 Mar, 2017
11:49
5274

Hövsanda tikiləcək sosial mənzillərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hövsan yaşayış kompleksində təxminən 3100-3300 mənzil olacaq”.

Oxu.Az xəbər verir ki, bu sözləri Mənzil İnşaat Agentliyinin direktoru Samir Nuriyev bu gün “Caspian European Club”ın təşkil etdiyi biznes forumda çıxışı zamanı deyib. 

“Hövsanda sosial evlərin tikilməsi üçün 20 hektar torpaq sahəsi ayrılıb. 20 hektar ərazinin şəhərsalma standartlarının hazırlanmasına başlanılıb. Bundan sonra isə ərazinin layihə smetasının hazırlanmasına başlanılacaq. Paralel olaraq mühəndis kommunikasiya xətlərinin qoşulması üçün araşdırma aparılır. Müvafiq dövlət orqanlarına məktublar yazılır”.

Qeyd edək ki, Hövsan yaşayış kompleksi Yasamal yaşayış kompleksindən sonra ikinci belə layihə olacaq.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri