Mar
2017
12:42
136
26
11735
Virtual karabakh

Yasamalda ilk sosial evlərin təhvil verilməsinin vaxtı məlum oldu

1 Mar, 2017
12:42
11735

Yasamalda ilk sosial evlərin təhvil verilməsinin vaxtı məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birinci layihə olan Yasamal yaşayış kompleksində hazırda sürətlə işlərə başlanılıb. Biz planlaşdırırıq ki, artıq gələn ilin ikinci yarısında ilk evlərin təhvil verilməsini həyata keçirək”.

Oxu.Az xəbər verir ki, bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev “Caspian Europen Club”ın təşkil etdiyi biznes forumda çıxışı zamanı deyib.

Direktor özəl sektorun nümayəndələrini qeyri-yaşayış sahələrinə investisiya etməyə çağırış edib:

“Burada 29 yaşayış binasının tikintisi planlaşdırılır. Bu isə 1854 mənzil deməkdir. Bununla yanaşı, binaların altında qeyri-yaşayış sahələri olacaq. Burada biz əlbəttə, özəl sektorun nümayəndələrini də gözləyirik və onlar bu işdə maraqlı olmalıdırlar.

Ərazidə təxminən 6-7 min nəfər yaşayacaq. Əlbəttə ki, onlara gündəlik xidmət üçün məhsullar satılmalı, xidmətlər göstərilməlidir”.

S.Nuriyev qeyd edib ki, ərazidə orta məktəb və uşaq bağçalarının tikintisi planlaşdırılıb:

“960 nəfərlik orta təhsil müəssisəsinin, 240 nəfərlik uşaq bağçasının tikintisi planlaşdırılır. Ümumi ərazinin 3,5 hektar hissəsi yaşıllıq olacaq”.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri