16 
Mar
2017
16:36
31
135
12274
Virtual karabakh

Mərkəzi Bank FED-in qərarı ilə bağlı bəyanat yaydı – YENİLƏNİB

16 Mar, 2017
16:36
12274

Mərkəzi Bank FED-in qərarı ilə bağlı bəyanat yaydı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) uçot dərəcəsi ilə bağlı qərarı qısamüddətli dövrdə adətən böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik olan ölkələrə təsir göstərir.

Azərbaycan isə iri həcmli spekulyativ kapital daxilolmalarına malik ölkə olmadığından FED-in son qərarının təsiri ilə burada hər hansı qısamüddətli dəyişiklik gözlənilmir.

Oxu.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Tənzimləyicidən bildirilib ki, o cümlədən bu qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur: “Əgər bu qərar müəyyən vaxtdan sonra neftin qiymətinin dəyişməsinə səbəb olarsa, o zaman bu amil ölkənin tədiyə balansına təsir göstərə bilər”.

“Azərbaycan tipli ölkələrə FED-in qərarı orta və uzunmüddətli dövrdə təsir göstərə bilər. Bu təsirləri qabaqlayıcı rejimdə tənzimləmək üçün Azərbaycan hökuməti və Mərkəzi Bankı adekvat makroiqtisadi sabitlik tədbirləri görür və bundan sonra da görəcək. 

ABŞ Federal Ehtiyat Sisteminin qəbul etdiyi son qərardan sonra dünya bazarlarında dolların məzənnəsinin bahalaşması ilə bağlı gözləntilər hələ ki özünü doğrultmur. Bu proseslərin ölkəmizin valyuta bazarına gözlənti kimi psixoloji təsirləri istisna olunmur. 

Lakin buna iqtisadi əsas yoxdur. Belə ki, hazırda ölkədə həyata keçirilən məzənnə rejiminə uyğun olaraq ABŞ dollarının manata nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. 

Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı büdcə ehtiyacları üçün neft transferlərinin məbləğindən asılıdır”, - deyə AMB-nin açıqlamasında qeyd edilib.

10:45

“ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən gün başa çatan ikigünlük iclasında uçot dərəcəsini artıraraq 1%-ə çatdırması ilə bağlı qərarı Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətinə birbaşa təsir etməyəcək”. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında AMB-nin Tədqiqat və inkişaf mərkəzinin maliyyə sektoru və bazarlarının təhlili üzrə şöbəsinin müdiri Leyla Yusifzadə deyib.

“Ola bilər ki, FED-in qərarının dolayısı ilə bizə təsirləri olsun. Amma bu təzyiqlər psixoloji təzyiqlər şəklində olacaq. Əgər neftin qiyməti nəzərəçarpacaq dərəcədə dəyişəcəyi halda monetar siyasət dəyişə bilər. 

Neft qiymətlərinin cüzi dəyişməsi fiskal siyasətə və eyni zamanda Dövlət Neft Fondunun xərclərinə təsir etməyəcək. Amma mən düşünmürəm ki, FED-in dünənki qərarının təsiri olmayacaq”, - deyə o bildirib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri