13 
Sen
2017
12:00
62
14
2149
Virtual karabakh

Bank rəhbəri: "Bitcoin" "fırıldaqçılıq"dır

13 Sen, 2017
12:00
2149

Bank rəhbəri: "Bitcoin" "fırıldaqçılıq"dır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"JPMorgan Chase & Co" nun rəhbəri Ceyms Daymon "Bitcoin" alan hər hansı əməkdaşını işdən çıxardığını açıqlayıb. 

Oxu.Az xəbər verir ki, Nyu Yorkda keçirilən konfransda çıxış edən Ceyms Daymon kriptovalyutaların sonunun yaxşı olmayacağını deyib.

Onun sözlərinə görə, "Bitcoin"  "fırıldaqçılıq"dır: "Əgər hər hansı JPMorgan traderi "Bitcoin" əməliyyatında iştirak edərsə, bir saniyə belə düşünmədən onu işdən çıxaracam. "Bitcoin" bizim qaydalarımıza ziddir. "Bitcoin" ətrafında yaranmış ajiotaj XVII əsrdəki "zanbaq maniyası"ndan da pisdir".

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri