Dek
2017
11:58
26
118
5365
Virtual karabakh

Bakının bu rayonlarında kirayə mənzillər bahalaşdı

7 Dek, 2017
11:58
5365

Bakının bu rayonlarında kirayə mənzillər bahalaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Yasamal, Binəqədi rayonları, eləcə də, 20 Yanvar metrostansiyası ərazisində kirayə mənzil bazarında qıtlıq yaranıb. 

Oxu.Az relitorlara istinadən xəbər verir ki, hazırda bazarda təklif tələbi təmin etmir. Bu, sözügedən ərazilərdə kirayə evlərin hamısının tutulması ilə bağlıdır.

O da məlum olub ki, hazırda bu ərazilərdə yeni tikililərdə evlərin orta qiymətləri 450 manatdan, köhnə binalarda isə 350 manatdan başlayır. 

Relitorların sözlərinə görə, bazarda tələbatın artması "İnşaatçılar" metrosunun kənarındakı "5 mərtəbə"lərin sökülməsi ilə bağlıdır: "Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsində, "İnşaatçılar" metrostansiyasının kənarında yerləşən 5 mərtəbəli binalar sökülür. 7-yə yaxın 5 mərtəbəli binanın sakinləri kirayə mənzillərə köçürülüblər. Bu da bazarda tələbin artmasına gətirib çıxarıb. Bununla da paralel qiymətlər bahalaşıb". 

Relitorlar bildirir ki, 1 və 2 otaqlı mənzillərin, demək olar ki, hamısı kirayələnib: "Bazarda 3 və 4 otaqlı mənzillər qalıb. Onların da qiymətləri 500-1200 manat ətrafında dəyişir. Çox çətinliklə 2 otaqlı mənzil tapmaq mümkündür. Belə mənzillərdə çox vaxt əşyasız təqdim olunur". 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri